KİV: HƏMAS lideri Qəzza zolağında öldürülüb

17 Oktyabr 2024 18:09 (UTC+04:00)

Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvar Qəzza zolağında öldürülüb.

Aznews.az xəbər verir ki, bu barədə "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

“Təhlükəsizlik sistemindəki mənbə bu gün HƏMAS lideri Yəhya Sinvarın öldürüldüyünü bildirib”, – məlumatda qeyd olunub.