Rutte: Ukraynanın NATO-ya nə vaxt qəbul olunacağına indi cavab verə bilmərəm

17 Oktyabr 2024 18:19 (UTC+04:00)

NATO-nun baş katibi Mark Rutte Ukraynanın Şimali Atlantika Alyansına nə vaxt qəbul ediləcəyi ilə bağlı suala cavab verə bilməyib .

“Məsələ ondadır ki, [Ukraynanın alyansa qəbul ediləcəyi] dəqiq nə vaxt olacaq - Mən indi buna cavab verə bilmərəm, lakin biz hazırda Ukraynanın NATO-ya üzv olması üçün bütün istiqamətlərdə fəal işləyirik”, - o, ittifaq ölkələrinin müdafiə nazirlərinin görüşündə deyib.

Mövsüm

Aznews.az