Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

17 Oktyabr 2024 18:21 (UTC+04:00)

Böyük Britaniya hakimiyyəti anti-Rusiya sanksiyalarının siyahısını genişləndirib.

Bu barədə Böyük Britaniya Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, Rusiya qaz hasilatı müəssisəsi məhdudiyyətlərə məruz qalıb. Rusiyanın 18 neft tankeri və dörd qaz daşıyıcısına da məhdudiyyətlər qoyulub.

Siyahıda olan gəmilərin Böyük Britaniya limanlarına daxil olması qadağan ediləcək və onların ölkənin gəmi reyestrində qeydiyyatı “qeydiyyatdan çıxarıla bilər”.

Mövsüm

Aznews.az