Böyük Britaniya İsrailin “persona non-qrata” elan etdiyi Quterreşi dəstəkləyir

17 Oktyabr 2024 18:48 (UTC+04:00)

Böyük Britaniyanın xarici işlər naziri David Lammy bəyan edib ki, ölkəsi İsrailin “persona non-qrata” elan etdiyi və ölkəyə girişinə qadağa qoyduğu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi və BMT-nin bütün dünyada həyati vacib işini dəstəkləməkdə davam edir.

X-dəki yazısında Lammy bildirib ki, dünən Quterreşlə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti və BMT-nin regiondakı problemlərin həllində əvəzsiz rolunu müzakirə ediblər.

Nazir Lammi, "Böyük Britaniya Baş Katibi və BMT-nin bütün dünyada mühüm işini dəstəkləməyə davam edir",- deyə qeyd edib.

Mövsüm

AzNews.az