Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb - FOTO

17 Oktyabr 2024 19:07 (UTC+04:00)

Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb.

Aznews.az xəbər verir ki, günboyu davam edən silsilə tədbirlərin ardınca Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin ərazisində bayram təntənəsi yaşanıb.

Sakinlərin və Füzuli şəhərinin qonaqlarının iştirakı ilə yekunlaşan gecənin sonunda Müslüm Maqomayevin ifasında səsləndirilən “Odlar ölkəsi” mahnısının sədaları altında atəşfəşanlıq olub.