XİN: Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub

17 Oktyabr 2024 19:12 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, - o vurğulayıb.