Ciorcia Meloni İsrailə 'tam silah embarqosu' tətbiq edildiyini açıqladı

17 Oktyabr 2024 20:19 (UTC+04:00)

İsrailin həyata keçirdiyi qırğına qarşı mövqe tutan İtaliyanın baş naziri Ciorcia Meloni yaxın günlərdə Livana səfər edəcəyini açıqlayıb.

Meloni Avropa Şurası sammitindən əvvəl İtaliya Senatında keçirilən sessiyada iştirak edib.

Burada çıxış edən Meloni İtaliya hökumətinin İsrailə tətbiq etdiyi embarqolardan danışıb.

Meloni çıxışında aşağıdakı ifadələrdən istifadə edib:

İsrailin hərbi əməliyyatlara başlaması ilə hökumət dərhal bütün yeni ixrac lisenziyalarını dayandırdı və oktyabrın 7-dən sonra imzalanan bütün müqavilələr ləğv edildi.

Baş nazir Meloni oktyabrın 7-dən əvvəl təsdiq edilmiş lisenziyaların Xarici İşlər Nazirliyi tərəfindən yoxlanıldığını açıqlayıb.

Meloni, İtaliya hökumətinin tətbiq etdiyi embarqonun; Fransa, Almaniya və Böyük Britaniyanın tətbiq etdiyindən qat-qat məhdudlaşdırıcı olduğunu vurğulayıb.

Mövsüm

AzNews.az