Lukaşenko: Belarus Ukrayna böhranının həllində iştirak etməlidir

17 Oktyabr 2024 21:00 (UTC+04:00)

Belarus Ukrayna münaqişəsinin həllində iştirak etməlidir, lakin Qərb buna mane olur.

Bu barədə respublika prezidenti Aleksandr Lukaşenko bildirib.

Dövlət başçısı bildirib ki, o, həmişə təkid edib ki, Ukrayna ilə bağlı danışıqlarda Belarus tərəfi iştirak etsin . O əlavə edib ki, münaqişə onun ölkəsinə də aiddir.

“Mən istəmirəm ki, bizim məsələlər orada bizsiz, arxamızca həll olunsun”, – Lukaşenko çıxışı zamanı deyib.