İrandan İsrailə yeni təhdid: Hücum etsəniz, yenə zərbə endirəcəyik

17 Oktyabr 2024 21:02 (UTC+04:00)

İsrailin Qəzza və Livana hücumları bölgədə gərginliyi artırır.

İranın oktyabrın 1-də İsrailə ballistik raketlərlə hücumundan sonra bölgədə gərginlik artmaqda davam edir.

Bütün gözlər İsrailin İrana necə cavab verəcəyinə yönəldiyi bir vaxtda İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı Hüseyn Səlami İsraili cavab hücumuna qarşı xəbərdar edib.