Lavrov Transqafqaz regionu üzrə 3+3 formatında görüş üçün İstanbula gəlib

17 Oktyabr 2024 21:04 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 3+3 platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) Cənubi Qafqaz üzrə iclasında iştirak etmək üçün Türkiyəyə gəlib.

TASS xəbər verir ki, ali rusiyalı diplomatın təyyarəsi İstanbul hava limanına enib.

Türkiyənin xarici işlər naziri Hakan Findan bildirib ki, qarşıdakı görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edəcək. Gürcüstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, Gürcüstan iclasda iştirak etməməyi seçib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Mövsüm

AzNews.az