Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

18 Oktyabr 2024 15:10 (UTC+04:00)

Azərbaycanda valyuta mübadiləsi xidməti göstərən şirkətlərdən daha biri - "Bakı Mərkəzi Valyuta" MMC Azərbaycan Mərkəzi Bankının (AMB) bu fəaliyyət növü üçün qoyduğu kapital tələbini yerinə yetirib.

Şirkət nizamnamə kapitalını kəskin artıraraq 10 manatdan 900 110 manata çatdırıb.

Bu məbləğ "Bakı Mərkəzi Valyuta"ya paytaxtda iki valyuta dəyişmə məntəqəsi ilə fəaliyyətini davam etdirməyə imkan verir.

Xatırladaq ki, "Bakı Mərkəzi Valyuta" 2022-ci ildə yaradılıb.

Bundan əvvəl "Eliko", "Meta-Kapital", "Delta Capital" və Zuhur" MMC-lər nizamnamə kapitalını AMB-nin tələbinə uyğunlaşdırıb. Beləliklə, valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib.