Mask Harrisi Baydeni əvəz edən kukla adlandırıb

18 Oktyabr 2024 10:10 (UTC+04:00)

Amerikalı iş adamı İlon Mask Demokratlar Partiyasının qarşıdan gələn seçkilərdə namizədi, ABŞ prezidenti Co Baydeni əvəz edən Kamala Harrisi kukla adlandırıb.

Pensilvaniyada Respublikaçılar Partiyasının namizədi Donald Trampın mitinqində çıxışı zamanı o bildirib ki, demokrat “kuklaçılar” öz güclərini və nəzarətlərini saxlamaq üçün Baydeni Harrislə əvəzləyiblər.

"Onlar Bayden kuklasını Kamala kuklası ilə əvəz etdilər", - deyə sahibkar "FOX 29 Philadelphia" tərəfindən yayımlanan mitinq zamanı qeyd edib.