Türkiyə və Ermənistan XİN başçıları iki ölkə arasında normallaşma prosesini müzakirə ediblər

18 Oktyabr 2024 17:15 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda “3+3” regional platformasının iclası çərçivəsində erməni həmkarı Ararat Mirzoyanı qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Nazirlər iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.