Türkiyənin Aksaray vilayətində oktyabrın 18-də səhər saatlarında avtobus qəzası baş verib.
XəbərVakti xəbər verir ki , ilkin məlumatlara görə, 6 nəfər ölüb, ən azı 20 nəfər yaralanıb.
Qəza Aksaray-Ankara avtomobil yolunun Acıpınar kəndi yaxınlığında baş verib.
TGRT Haber -in məlumatına görə , avtobus Bandırmadan Kapadokya istiqamətində hərəkət edirmiş.
Mövsüm
AzNews.az