Danimarka Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardım göstərməyə hazır olduğunu açıqlayıb

18 Oktyabr 2024 18:37 (UTC+04:00)

Danimarka hökuməti Ukraynaya 2,4 milyard DKK (350 milyon dollar) dəyərində 21-ci hərbi yardım paketini təqdim etməyə hazırdır.

Bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında qeyd edilib.

İanə paketinə texnika və silahların alınması, həmçinin Danimarka anbarlarından hərbi texnikanın köçürülməsi üçün vəsait daxildir. Buraya həmçinin Almaniya ilə əməkdaşlıqda hava hücumundan müdafiə sistemlərinin maliyyələşdirilməsi və Britaniya Beynəlxalq Fondundan əlavə töhfələr daxildir.

Mövsüm

AzNews.az