Putin: Rusiya Ukraynanın nüvə silahı əldə etməsinə icazə verməyəcək

18 Oktyabr 2024 18:39 (UTC+04:00)

Ukraynanın qısa müddətdə nüvə silahı yarada biləcəyi ilə bağlı bəyanatlar təhlükəli təxribatdır.

Bu barədə Rusiya prezidenti Vladimir Putin BRİKS-ə üzv ölkələrin media nümayəndələri ilə görüşündə bildirib.

“Bu, təhlükəli təxribatdır, çünki təbii ki, bu istiqamətdə istənilən addım müvafiq reaksiya ilə qarşılaşacaq. Deyə bilərəm ki, Rusiya heç bir halda buna imkan verməyəcək”, - Putin bildirib.

Dövlət başçısı qeyd edib ki, müasir dünyada nüvə silahı yaratmaq o qədər də çətin deyil, lakin indiki vəziyyətdə Ukraynanın həqiqətən buna qadir olub-olmadığı məlum deyil.

Mövsüm

AzNews.az