NATO Rusiya sərhədində hərbi mövcudluğunu və silah tədarükünü artırmağa davam edəcək - Rutte

18 Oktyabr 2024 18:42 (UTC+04:00)

Həm Kiyev rejiminə dəstək, həm də öz ehtiyatını artırmaq üçün NATO Rusiya sərhəddində hərbi varlığını artırmağa, silah istehsalı və sifarişi almağa davam edəcək.

Bu barədə NATO-nun baş katibi Mark Rutte NATO-nun iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Rutte həmçinin vurğulayıb ki, alyans Şərq cinahında hərbi mövcudluğunu artırmağa və yeni silahların - ilk növbədə hava hücumundan müdafiə vasitələri, artilleriya sistemləri və 5-ci nəsil zərbə təyyarələrinin alınmasına davam edəcək.

Baş katibin sözlərinə görə, NATO-ya üzv dövlətlər NATO silahlarının standartlaşdırılması üzrə işləri gücləndirmək və pilotsuz uçuş aparatları sistemləri də daxil olmaqla “innovativ hərbi imkanlar üçün ümumi standartlar” hazırlamaq qərarına gəliblər.

Mövsüm

AzNews.az