Şimali Koreya lideri Kim: Cənubi Koreya düşmən dövlətdir

18 Oktyabr 2024 18:44 (UTC+04:00)

Şimali Koreya lideri Kim Çen In əsgərlər qarşısında çıxış edərək Cənubi Koreyanı “düşmən dövlət” kimi görməli olduqlarını bildirib.

Konstitusiyasını dəyişdirən Şimali Koreya Cənubu "düşmən dövlət" elan edib.

Bundan sonra Şimali Koreya lideri Kim Çen In yeni açıqlama verib.

Şimali Koreyadakı ordu qərargahını ziyarət edən Kim əsgərlərə deyib ki, Cənubi Koreyaya qarşı hər hansı güc tətbiqi “vətəndaşlara deyil, düşmən ölkəyə qarşı qanuni qisas aktıdır ” .

"PİS MÜNASİBƏTLƏRİ KƏSDİK"

Kim qeyd edib ki, Şimali Koreyanı Cənubi Koreya ilə birləşdirən bəzi yolların partladılması onların davam edən " pis" münasibətlərini kəsmək əzmini göstərib.

Şimali Koreya lideri Kim deyib ki, bu hadisə həm də Şimali Koreyanın suverenliyi pozulacağı təqdirdə qoşunlarının “düşmən ölkə” olan Cənubi Koreyaya qarşı güc tətbiq etməkdən çəkinməyəcəklərinin bəyanıdır.

Mövsüm

AzNews.az