Mark Rutte: Moskvanın səsi yüksək çıxa bilər, lakin NATO daha güclüdür

18 Oktyabr 2024 19:01 (UTC+04:00)

NATO-nun baş katibi Mark Rutte NATO Müdafiə Nazirləri Toplantısının ikinci gün iclaslarından sonra Brüsseldəki NATO qərargahında mətbuat konfransı keçirib.

Rutte bildirib ki, NATO müttəfiqləri və tərəfdaş ölkələrin nümayəndələri ilə keçirilən sessiyalar bu gün başa çatıb.

Rutte deyib: “Müttəfiq ölkələrin müdafiə nazirləri bu gün NATO-nun standartlaşdırma üzrə yeni təşəbbüsünü qəbul etdilər. Standartlar bizim birlikdə mübarizə aparmaq qabiliyyətimiz üçün vacibdir. Daha yaxşı standartlar bizə müdafiə xərclərini azaltmağa kömək edəcək. Bu təşəbbüsün bir hissəsi olaraq biz NATO standartlarının hazırlanmasını sürətləndirəcəyik. Biz onun icra sürətini artıracağıq və innovativ hərbi imkanları daxil etmək üçün əhatə dairəsini genişləndirəcəyik. 32 müttəfiq kimi birlikdə hərəkət etmək imkanımızdan maksimum istifadə etməliyik".