Fransada daşqın: Maşınlar zədələndi, küçələr su altında qaldı

18 Oktyabr 2024 19:39 (UTC+04:00)

Fransada leysan yağışların səbəb olduğu daşqın nəticəsində onlarla avtomobil zədələnib, yüzlərlə ev işıqsız qalıb.

Bildirilib ki, seldə qalanları xilas etmək üçün 5 helikopter ayrılıb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, daşqın ərazisinə 1500 yanğınsöndürən də göndərilib.

Dünən Fransanın cənubunda yağan leysan yağışların səbəb olduğu daşqınlar həyata mənfi təsir edib.

Fransa meteorologiya xidmətinin verdiyi açıqlamada, dünən Lion şəhərində və cənubundakı 6 bölgədə qırmızı daşqın xəbərdarlığının verildiyi bildirilib. Bu gün həyəcan siqnalı “narıncı”ya endirilib, çaylarda suyun səviyyəsinin azalmağa başladığıda vurğulanıb.

Mövsüm

AzNews.az