Co Bayden: Siyasi həll üçün fürsət var

18 Oktyabr 2024 19:48 (UTC+04:00)

İsrail rəsmilərinin HƏMAS lideri Yəhya Sinvarın öldüyünü elan etməsindən sonra ABŞ prezidenti Co Bayden açıqlama verib .

"Bugün, İsrail üçün yaxşı gündür , ABŞ üçün yaxşı gündür və dünya üçün yaxşı gündür. Mən tezliklə baş nazir Netanyahu və digər İsrail liderləri ilə görüşərək onları təbrik edəcəyəm, girovları ailələrinə qovuşdurmağın yollarını müzakirə edəcəyəm və günahsız insanların böyük dağıntılara səbəb olan bu müharibəyə birdəfəlik son qoyacağam”, - o deyib.

Qəzza üçün atılacaq növbəti addımlar üçün fürsət əldə etdiklərinə ümid etdiyini ifadə edən Bayden, "Həmas Qəzzada iqtidarda olmadığı bir 'sabah' və daha yaxşı bir siyasi həll təmin edəcək bir fürsət var. Görüləcək çox iş var",- deyə Bayden qeyd edib.

Mövsüm

AzNews.az