İrlandiya NATO-ya üzv olmaq niyyətində olmadığını açıqlayıb

18 Oktyabr 2024 20:10 (UTC+04:00)

İrlandiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Dublin Şimali Atlantika Alyansına daxil olmağı planlaşdırmır, çünki o, hərbi neytrallıq siyasətini saxlayır.

“İrlandiya NATO-nun üzvü deyil və bu təşkilata daxil olmaq planları yoxdur. İrlandiyanın hərbi neytrallıq siyasəti uzun müddətdir ki, müstəqil xarici siyasətimizin mühüm istiqaməti olmuşdur. Ardıcıl hökumətlərin təcrübəsinə uyğun olaraq, bu siyasət o deməkdir ki, biz hərbi ittifaqlarda və ya qarşılıqlı müdafiə sazişlərində iştirak etmirik”, - nazirlik bildirib.

Xarici İşlər Nazirliyi əlavə edib ki, bitərəfliyinə baxmayaraq, Dublin müasir reallıqlar kontekstində təhlükəsizlik aspektinə daha ciddi yanaşmaq niyyətindədir.

Mövsüm

AzNews.az