Xəzərdə zəlzələ baş verib

19 Oktyabr 2024 09:00 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Aznews.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3,1 bal gücündə olan zəlzələ bu gün yerli vaxtla 01:02-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.