Gürcüstandan gələn səyahətçilərin ikinci qrupu Xankəndini gəzib

19 Oktyabr 2024 17:56 (UTC+04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstandan olan 26 nəfərdən ibarət ikinci səyahətçi qrup Xankəndi şəhərində gəzintiyə çıxıb.

Aznews.az xəbər verir ki, qonaqlar şəhərdə aparılan bərpa işlərinin miqyasından heyrətə gəliblər.

Səyahətçilər erməni işğalının nəticələrini canlı görə biliblər.

Turistlər, həmçinin stadionu, Qarabağ Universitetini, eləcə də tarix və mədəniyyət abidələrini ziyarət ediblər.

Qeyd edək ki, Gürcüstandan Azərbaycana üç qrup səyahətçi gəlib. Onların səfərində məqsəd regionda aparılan tikinti və bərpa işləri ilə tanış olmaqdır.

Səyyahların işğaldan azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.