İngiltərə kralı Çarlz Avstraliyaya rəsmi səfər edib.
Ölkədəki xəbər mənbələri Çarlzın ölkədəki təmaslarının ikinci günündə paytaxt Kanberrada Avstraliyanın baş naziri Entoni Albanese və müxalif Liberal Partiyasının lideri Peter Dutton tərəfindən qarşılandığını yazıb.
Baş nazir Albanese, parlamentdəki çıxışında, " Sizi burada, demokratiyamızın ürəyində ilk dəfə bir monarx olaraq qarşılamaqdan məmnunuq" ,- deyə qeyd edib. O, səfərinə görə Kral Çarlza təşəkkür edib.
"SƏN SOYQIRIMÇISAN"
Kral Çarlz da Albanesedən sonra Avstraliya parlamentində çıxış edib. O , Avstraliyadakı tələbəlik illərindən, ölkənin iqlim dəyişikliyinə qarşı həssaslığından və " Birinci Millətlər"in yerli əhalisindən danışıb.
Kral Çarlz çıxışını bitirdikdən sonra kürsüdən ayrılarkən platformaya yaxınlaşan aborigen senator Lidiya Torpun; "Bura sənin torpağın deyil. Sən mənim kralım deyilsən. Sən bizim kralımız deyilsən" reaksiyaları ilə qarşılaşıb.
Torp: " Siz xalqımıza qarşı soyqırım etdiniz. Torpaqlarımızı geri verin. Bizdən oğurladıqlarınızı bizə verin. Torpaqlarımızı məhv etdiniz. Biz bu ölkədə müqavilə istəyirik. Siz soyqırımçısınız",- deyə qışqıraraq əlavə edib.
İngilis tacının bu ölkəni işğal etdiyini bildirən Torp, "Kral Çarlz bu torpaqların qanuni hökmdarı deyil ",- deyə bildirib.
Daha sonra senator Torp mühafizəçilərin müşayiəti ilə parlamentdən çıxarılıb.
Qeyd edək ki, 2017-ci ildə Avstraliyada bir araya gələn ölkənin hər yerindən yerli liderlərin yaratdığı “Uluru Milli Konstitusiya Komissiyası”nın təklifi ilə hazırlanan “Uluru Bəyannaməsi”ndə “danışma haqqı, müqavilə və həqiqətin bəyan edilməsi” tələb edilib.
Ancaq bu prosesin davamı olaraq keçirilən "Parlamentdə Yerlilərin Səsi" referendumunda Avstraliyanın bütün əyalətlərində böyük əksəriyyət yüzdə 60,5 " yox" səsi ilə Torres Boğazı adaları və aborigenlərdən ibarət " Parlamentdə yerlilərin səsi " heyətinin yaradılmasını rədd edilib.
Mövsüm
AzNews.az