Alimlər ilk dəfə üçlü qara dəlik sistemini müşahidə ediblər. Tədqiqat qrupu qara dəliklərin bilindiklərindən fərqli yollarla meydana gələ biləcəyi ilə bağlı mühüm tapıntılar əldə edib.
Massaçusets Texnologiya İnstitutundan (MIT) Kevin Burdge başçılıq etdiyi qrup, Yerdən 8 min işıq ili uzaqlıqda yerləşən V404 Cygni adlı sistemi tədqiq edib və orada üçüncü bir ulduzun varlığını təsbit edib.
Qara dəliklər ümumiyyətlə böyük ulduzların fövqəlnova partlayışları nəticəsində əmələ gəlir. Ancaq V404 Cygni sistemində supernovadan sonra ulduzların bir-birindən qopması gözlənildiyi halda, bu prosesdə üçüncü ulduzun itmədiyi müşahidə edildi.
Burdge bu vəziyyəti belə izah edib: “Təsəvvür edin ki, güclü ip əvəzinə hörümçək toru ilə uçurtma çəkirsiniz”. O bildirib ki, daxili ikili sistemdə dramatik hadisə baş verərsə, xarici ulduz yox ola bilər.
Avropa Kosmik Agentliyinin Gaia kosmik gəmisinin 10 illik məlumatlarını araşdıran qrup, üçüncü ulduzun hər 70 min ildən bir qara dəlik ətrafında fırlandığını müəyyən edib. Bu, üçlü qara dəlik sisteminin mövcudluğunu sübut edən ilk müşahidə idi.
Araşdırma V404 Cygni-nin "zərif" bir proseslə formalaşdığını göstərir. Simulyasiyalar sistemdə heç bir fövqəlnova partlayışının olmadığını və qara dəliyin “birbaşa çökmə” nəticəsində əmələ gəldiyini göstərir. Beləliklə, ulduzların partlamadan sadəcə onların içinə çökməsi nəticəsində qara dəliyin yarana biləcəyi sübuta yetirildi.
Burdge, tapıntıların qara dəliyin təkamülü baxımından həyəcan verici olduğunu və başqa üçlü sistemlərin olub-olmadığını araşdırmağa davam edəcəklərini ifadə etdi. Bundan əlavə, sistemdəki uzaq ulduzun həyatının qırmızı nəhəng mərhələsinə daxil olduğu müəyyən edildi; Bu, V404 Cygni-nin təxminən 4 milyard il əvvəl yarandığını göstərir.
Mövsüm
Aznews.az