Almaniya kansleri: Ukrayna müharibə səbəbindən NATO-ya üzv ola bilməz

25 Oktyabr 2024 20:05 (UTC+04:00)

Almaniya kansleri Olaf Şolz deyib ki, Ukrayna müharibə şəraitində olduğu üçün NATO-ya üzv ola bilməz.

Kansler Şolz ZDF telekanalında iştirak etdiyi proqramda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələri dəyərləndirib.

Ukraynanın NATO üzvlüyünün gündəmdə olmayan bir proses olduğunu ifadə edən Şolz, "Müharibə edən bir ölkənin NATO üzvü ola bilməyəcəyini anlamanın çox vacib olduğuna inanıram",- deyə qeyd edib.

Ukraynanın NATO üzvlüyü ilə bağlı Vaşinqton və Vilnüsdə qərarlar verdiklərini və gözləntilərini açıqladıqlarını bildirən Şolz, "Ancaq inanıram ki, hazırda bu qərardan başqa yeni bir qərara ehtiyac yoxdur" deyib.

Ukraynanı dəstəkləməklə yanaşı, bunun Rusiya ilə NATO arasında müharibəyə çevrilməməsi üçün sağlam düşüncəli addımların atılması lazım olduğunu ifadə edən Şolz, "Bu, mənim çox açıq olduğum bir mövzudur və mövqeyimi dəyişməyəcək".

Ukraynaya gərginliyi artıracaq silah tədarük etməyəcəklərini vurğulayan Şolz, Almaniyanın "Taurus" raketlərinin çatdırılmasını nümunə olaraq göstərərək, "Mənim fikrim aydındır. Bunun səhv olduğunu düşünürəm" deyib.

Mövsüm

AzNews.az