Norveçdə sosial mediadan istifadəyə yaş məhdudiyyəti qoyulub

25 Oktyabr 2024 20:22 (UTC+04:00)

Uşaqların sosial mediadan istifadə yaşı bütün dünyada müzakirə olunan mövzuya çevrilib.

Bir çox ölkədə sosial mediadan istifadə yaşı ilə bağlı araşdırmalar aparılır.

Norveç uşaqlara yaş məhdudiyyəti qoyan ölkələr sırasındadır.

Norveçin baş naziri Jonas Gahr Store, yeni qaydaların texnologiya şirkətlərinin 15 yaşdan kiçiklərdən şəxsi məlumat toplamasının qarşısını alacağını və bunun Netflix kimi şirkətlərə də şamil ediləcəyini bildirib.

TƏTBİQİN ƏSAS MƏQSƏDİ UŞAQLARI MÜDAFİƏ ETMƏKDİR

Norveçdə sosial mediadan istifadə üçün aşağı yaş həddi 13 olaraq müəyyən edilib.

Ölkənin media tənzimləyicisinin sözlərinə görə, mövcud məhdudiyyətlərə baxmayaraq, Norveçdə 9 yaşlı uşaqların yarıdan çoxu sosial mediadan fəal istifadə edir və uşaqlar çox vaxt məhdudiyyətləri asanlıqla keçə bilirlər.

"Bu, olduqca güclü mesaj verir. Uşaqlar sosial mediadakı zərərli məzmundan qorunmalıdır. Biz bunun çətin bir döyüş olduğunu bilirik. Çünki burada dominant qüvvələr var, amma siyasət də burada lazımdır ",- deyə qeyd edib.

Mövsüm

AzNews.az