Media 5 mindən çox ukraynalının Almaniyaya girişinə icazə verilmədiyini bildirib

28 Oktyabr 2024 15:12 (UTC+04:00)

Bu ilin əvvəlindən Almaniya polisi 5 mindən çox Ukrayna vətəndaşının Almaniyaya girişinə icazə verməyob.

Bu barədə Almaniyanın "Bild" qəzeti hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən məlumat yayıb.

Nəşrin qeyd edib ki, ən çox imtinanı ukraynalılar alıb. Növbəti ən çox sayda Suriya və Əfqanıstan vətəndaşları olub.

Sərhəd nəzarəti ölkəyə qayıtmaq istəyən mindən çox deportasiya edilmiş miqrantı da saxlayıb.

Bundan əlavə, ilin əvvəlindən polis ölkəyə 53 mindən çox qanunsuz giriş qeydə alıb. 1195 qaçaqmalçı həbs edilib, bəzi hallarda cinayətkarlar beynəlxalq axtarışa verilib.

Mövsüm

Aznews.az