Aİ Kiyevə 35 milyard avroluq kreditin verilməsi üçün bir sıra şərtlər irəli sürüb

28 Oktyabr 2024 17:29 (UTC+04:00)

Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən geri qaytarılmaqla 35 milyard avroluq Aİ krediti almaq üçün Kiyev bir sıra şərtlərlə razılaşmalıdır.

Bu barədə Aİ-nin Rəsmi Jurnalında dərc olunan qərarda qeyd edilib.

“Ukraynaya makromaliyyə yardımı çərçivəsində kreditin ayrılması üçün ilkin şərt çoxpartiyalı parlament sistemi və qanunun aliliyi daxil olmaqla, effektiv demokratik mexanizmlərin davamlı qorunması və hörmət edilməsi, habelə azlıqlara mənsub olanlar da daxil olmaqla habelə insan hüquqlarına hörmətin təminatıdır",- sənəddə deyilir.

Kiyevdən həmçinin “Ukraynanın müdafiə sənayesinin bərpası, yenidən qurulması və modernləşdirilməsi” sahəsində Aİ ilə əməkdaşlığı inkişaf etdirmək tələb olunacaq.

Mövsüm

Aznews.az