NATO ilk dəfə Şimali Koreyanın Ukraynada hərbi mövcudluğunu təsdiqləyib

28 Oktyabr 2024 17:39 (UTC+04:00)

Cənubi Koreyanın Şimali Koreya əsgərlərinin Rusiyaya dəstək üçün Ukraynaya yerləşdirildiyini iddia etməsindən sonra yaranan böhran getdikcə dərinləşir.

Rusiya rədd etdi, NATO təsdiq etdi

NATO Rusiyanın təkzib etdiyi iddiaları təsdiqləsə də, NATO ilk dəfə Şimali Koreya qoşunlarının Rusiyaya yerləşdirildiyini və Ukrayna qoşunlarının yerləşdiyi Kursk sərhəd bölgəsində fəaliyyət göstərdiyini bildirib.

“BU RUSİYA-UKRAYNA MÜHARİBƏSİNİN TƏHLÜKƏLİ GENİŞLƏNMƏSİ DEMƏKDİR”

NATO-nun baş katibi Mark Rutte Cənubi Koreyanın təhlükəsizlik və müdafiə rəsmiləri ilə görüşündən sonra verdiyi açıqlamada həftələrlə davam edən kəşfiyyat hesabatlarından sonra Şimali Koreya əsgərlərinin yerləşdirilməsini təsdiq edə biləcəyini bildirib.

Rutte mövzu ilə bağlı aşağıdakı açıqlamaları verib:

"Mən təsdiq edə bilərəm ki, Şimali Koreya qoşunları Rusiyaya göndərilib və Kursk vilayətində yerləşdirilib. Şimali Koreya qoşunlarının yerləşdirilməsi Şimali Koreyanın Rusiyanın qeyri-qanuni müharibəsində davam edən iştirakının əhəmiyyətli dərəcədə artması deməkdir. Bu həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin növbəti dəfə pozulması və Rusiya-Ukrayna müharibəsinin təhlükəli genişlənməsi deməkdir. NATO Rusiya və Şimali Koreyanı bu hərəkətləri dərhal dayandırmağa çağırır".

Mövsüm

Aznews.az