Gürcüstanda parlament seçkilərindən sonra minlərlə insan mitinqə toplaşıb.
Bu barədə hadisə yerindən “İzvestiya”-nın müxbiri məlumat verib.
“Biz burada kifayət qədər böyük həcmdə səs gücləndirici avadanlıq görürük, yəni bu tədbirə kifayət qədər ciddi hazırlıq var. İnsanlar gəlir. Hamı spikerlərin çıxışını gözləyir”, – jurnalist qeyd edib.
Etirazçılar şüarlar, o cümlədən gürcü dilində “Gürcüstan” şüarları səsləndirir, fit çalaraq, Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını dalğalandırırlar.
Mövsüm
Aznews.az