Ərdoğan Ankaradakı terror aktından sonra 213 terrorçunun məhv edildiyini açıqlayıb

28 Oktyabr 2024 20:27 (UTC+04:00)

Ankarada oktyabrın 23-də baş verən terror aktından sonra 213 terrorçu məhv edilib.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Terror aktından sonra hədəfə alınan zərbələr terror təşkilatının [Suriya və İraqdakı] 470 hədəfinə endirilib. Terror aktına görə məsuliyyət daşıyan cinayətkarlar da daxil olmaqla, ümumilikdə 213 terrorçu zərərsizləşdirilib”, – Ərdoğan deyib.

Türkiyə lideri hədəflərin müəyyən edilməsi və məhv edilməsində Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) iştirak etdiyini bildirib.

Mövsüm

Aznews.az