Noyabrın 10-na qədər Tel-Əvivə uçuşları dayandıran Lufthansa şirkəti İranın paytaxtı Tehrana 31 yanvar 2025-ci il tarixinə, Livanın paytaxtı Beyruta isə 28 fevral 2025-ci ilə qədər uçuşların ləğv edildiyini açıqlayıb.
İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlığına görə, Lufthansa bu yaxınlarda Yaxın Şərqə uçuşların ləğvini bir neçə dəfə uzadıb.
Lufthansa Qrupu; Buraya "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər də daxildir.
Lufthansa-nın verdiyi açıqlamaya görə, Yaxın Şərqdə baş verən son hadisələrlə əlaqədar uçuş planında yeniləmə edilib.
Açıqlamada Tel-Əvivə uçuşların 25 noyabr 2024-cü ilə qədər dayandırıldığı bildirilib.
Mövsüm
Aznews.az