Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell və Aİ Şurası tərəfindən verilən birgə yazılı açıqlamada Gürcüstanda seçkilərdən sonra baş verən hadisələrin yaxından izləndiyi bildirilib.
Bəyanatda deyilir ki, "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəhbərlik etdiyi Beynəlxalq Seçki Müşahidə Missiyasının təqdim etdiyi ilkin nəticələr seçkinin “səsvermə sirrinin pozulduğu, müxtəlif prosedur uyğunsuzluqlarının baş verdiyi gərgin şəraitdə keçdiyini və seçicilərin təhdid və təzyiqləri ilə bağlı xəbərlər ictimaiyyətin prosesə etimadına mənfi təsir göstərib”.
Bəyanatda seçki pozuntuları və qanun pozuntuları ilə bağlı iddiaların sürətli, şəffaf və müstəqil şəkildə araşdırılması tələb edilərək, "Qanunsuzluqlara aydınlıq gətirilməlidir. Bu, seçki prosesinə etimadın bərpası üçün zəruri addımdır" deyilib.
Mövsüm
Aznews.az