Rusiya anti-Rusiya siyasətinə görə Avstraliyanın 131 nümayəndəsini ölkəyə buraxmayacaq.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
"Rəsmi Kanberranın anti-Rusiya kursundan əl çəkmək niyyətində olmadığını və yeni sanksiyalar tətbiq etməyə davam etdiyini nəzərə alaraq, Rusiya stop-listinin yenilənməsi üzrə işlər davam etdiriləcək", - departament qeyd edib.
Girişi qadağan edilənlər arasında hərbi sənaye kompleksinin nümayəndələri, jurnalistlər və ictimai xadimlər də var.
Mövsüm
AzNews.az