Şimali Koreya hakimiyyəti Kim Çen Inın təhlükəsizlik tədbirlərini gücləndirib

29 Oktyabr 2024 21:02 (UTC+04:00)

KXDR hakimiyyəti ictimai fəallığın artması ilə əlaqədar respublika lideri Kim Çen Inın müdafiəsi üçün təhlükəsizlik tədbirlərini gücləndirib.

Yonhap bu barədə Cənubi Koreya kəşfiyyat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu il KXDR lideri 110 ictimai tədbirdə çıxış edib ki, bu da ötən illə müqayisədə 60% çoxdur.

“Ölkə Kimin həyatına mümkün sui-qəsdlərə görə onun ətrafında təhlükəsizliyi gücləndirib”, - nəşr bildirib.

Mövsüm

AzNews.az