MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

30 Oktyabr 2024 12:19 (UTC+04:00)

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

"Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq", - o qeyd edib.