Latviya Prezidenti COP29-a gələcək

30 Oktyabr 2024 18:22 (UTC+04:00)

Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. Bakıya nümayəndə heyəti ilə gələcək Prezident rəsmi açılışda və bütün əsas COP tədbirlərində iştirak edəcək”, - səfir bildirib.

Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.