24 saat ərzində 100-dən çox fələstinli həlak olub

30 Oktyabr 2024 19:08 (UTC+04:00)

İsrail hərbçilərinin (IDF) Qəzza zolağında son 24 saat ərzində keçirdiyi əməliyyatlar nəticəsində 100-dən çox insan həlak olub, 300-ə yaxın insan yaralanıb.

Bu barədə anklavın Səhiyyə Nazirliyi özünün Teleqram kanalında məlumat yayıb.

“İsrail işğalçılarının Qəzza zolağında dinc sakinlərə qarşı həyata keçirdiyi 5 hücum nəticəsində 102 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, daha 287 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

Nazirlik qeyd edib ki, bir çox qurban hələ də dağıntılar altındadır və davam edən döyüşlər səbəbindən onları təxliyə etmək mümkün deyil. Nazirliyin məlumatına görə, İsrailin Qəzza zolağına təcavüzü nəticəsində ölənlərin ümumi sayı 43 163 ölü, 101 510 yaralıya çatıb.

Mövsüm

AzNews.az