Xorvatiyada məcburi hərbi xidmətə çağırış yenidən tətbiq edilir

30 Oktyabr 2024 19:26 (UTC+04:00)

Xorvatiya potensial münaqişə vəziyyətində lazımi kadr ehtiyatını yaratmaq üçün məcburi hərbi xidmətə çağırışı yenidən tətbiq edir.

Bu barədə ölkə prezidenti Zoran Milanoviç məlumat verib.

“Bizim ehtiyatımız yaşlı insanlardan ibarətdir - orta hesabla, demək olar ki, 50 yaşlı insanlar. Xalqsız, əsgərsiz ordu yoxdur. Bunu ən yaxşı bu gün Ukraynada görmək olar. Və buna görə də biz məcburi hərbi xidmətin bərpası haqqında danışmalıyıq”, - deyə Milanoviç bildirib .

Üstəlik, o əlavə edib ki, “Leopard” tankları və “Rafale” qırıcıları insanların olmadığı yerdə ölkə üçün xüsusi rol oynamır. O, həmçinin qeyd edib ki, ehtiyata qoşulmaq üçün kişilər xidmətə həvəsləndirilməli və müvafiq təhsil almalıdırlar.

Mövsüm

AzNews.az