Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqləyib

31 Oktyabr 2024 16:04 (UTC+04:00)

Şimali Koreya sınaq çərçivəsində qitələrarası ballistik raketi (ICBM) buraxdığını təsdiqləyib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ( KCNA ) məlumat yayıb.

Qeyd olunur ki, raketin buraxılışında Şimali Koreya lideri Kim Çen In şəxsən iştirak edib.

“Bu buraxılış respublikanın təhlükəsizliyini təhdid edən və son zamanlar regionda təhlükəsizlik vəziyyətini qəsdən pisləşdirən düşmənlərə cavab vermək əzmimizdən xəbər verən ədalətli və tam qanuni hərbi tədbirdir”,- deyə nəşrin məlumatında qeyd edilib.

Mövsüm

AzNews.az