Boliviyanın keçmiş liderinin tərəfdarlarının yolları bağlaması nəticəsində dəyən ziyan 1,7 milyard dolları ötüb.
Boliviya prezidenti Luis Arce bu barədə məlumat verib.
O xatırladıb ki, ölkədə blokadanın davam etdiyi 17 gün ərzində 70 yaralı qeydə alınıb: 9 mülki şəxs və 61 polis əməkdaşı.
“Blokadanın bu 17 günü ərzində 1,7 milyard dollardan çox itki olub ki, bu da ailələr üçün ağır nəticələrə gətirib çıxarıb, iqtisadiyyatı boğub, yanacağın normal tədarükünün qarşısını alıb, ərzaq məhsullarının bahalaşmasına səbəb olub, kiçik, orta və iri istehsalçılara, nəqliyyatçılara, həmkarlar ittifaqına ziyan vurub”,- Arce X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Mövsüm
AzNews.az