Lavrov Zelenskinin “qələbə planını” şizofreniya adlandırıb

31 Oktyabr 2024 16:46 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Volodimir Zelenskinin qələbə planını şizofreniya adlandırıb .

“Bir neçə həftə əvvəl bu vətəndaş (Volodimir Zelenski – Red.) eyni dərəcədə şizofrenik “qələbə planı”nı açıqladı. Təbii ki, nə formul, nə plan, nə də fantaziyalar Avropada sülhü yaxınlaşdırmır”, o, Avrasiya təhlükəsizliyi üzrə II Minsk Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə bildirib.

Mövsüm

AzNews.az