Erməni konyakının adı Fransanın bölgəsinə aid edildiyinə görə dəyişdirilməlidir.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan öz içkisini konyak adlandırmaqla başqa ölkələrin nümayəndələrinin təbəssümünə səbəb olur, çünki konyak əvvəlcə Fransada eyniadlı regionda əldə edilən içkiyə verilən ad olub. Erməni spirtinin adı ilə bağlı qərar, ölkənin baş nazirinin fikrincə, dövlət iqtisadiyyatının gələcəyi üçün vacibdir.
“Biz bu məsələləri həll etməyənə qədər inkişaf etmiş iqtisadiyyatla inteqrasiya olunmuş iqtisadiyyata malik ola bilmərik. Biz gecəqondu iqtisadiyyatı ola bilərik”,- Paşinyan qeyd edib.
Mövsüm
AzNews.az