Meksikanın mərkəzində Tlaxcala əyalətində fəaliyyət göstərən polad zavodunda baş verən partlayışda 12 nəfər həyatını itirib.
Meksika mətbuatında çıxan xəbərə görə, ştatın San Kosme Xaloztoc qəsəbəsindəki polad zavodunda partlayış olub.
Partlayış nəticəsində 12 nəfər ölüb, bir çoxu yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.
Tlaxcala əyalətinin qubernatoru Lorena Kuellar verdiyi açıqlamada polad zavodunda qazanda partlayış baş verdiyini və hadisənin prokurorluq tərəfindən hərtərəfli araşdırıldığını bildirib.
Baş verən hadisədən böyük kədərləndiklərini ifadə edən Kuellar, "Mərhumların ailələri ilə həmrəyəm, onları bu çətin zamanda tək qoymayacağıq",- deyə qeyd edib.
Mövsüm
AzNews.az