Moldova polisi MSK- nın binasını yandırmağa cəhd edən 5 nəfəri saxlayıb

31 Oktyabr 2024 20:17 (UTC+04:00)

Moldovada hüquq-mühafizə orqanları Mərkəzi Seçki Komissiyasının (MSK) binasını yandırmağa cəhd edən 5 nəfəri saxlayıb.

Bu barədə Moldova polisi məlumat yayıb.

"Slobodzeya və Tiraspoldan olan üç kişi və iki qadın Mərkəzi Seçki Komissiyasının binasını və polis maşınlarını yandırmazdan əvvəl saxlanılıblar", - polisin Teleqram kanalında dərc olunan bəyanatında deyilir.

Saxlanılan şəxslər bildiriblər ki, Moskvadan olan bir şəxs onlara 5 min avro ödəyəcəyini vəd edib.

Mövsüm

AzNews.az