“Azərbaycanda keçiriləcək COP29 tədbirinin başlamasına sayılı günlər qalıb. Dünyanın bir çox ölkəsindən Azərbaycana qonaqlar gələcək. Bu qonaqların arasında dəvət olunan ölkələrdən biri də Ermənistandır. Yalnız Ermənistan hələ də COP29-da iştirak edib-etməyəcəyi haqqında bir açıqlama verməyib”.
“Ermənistan müstəqil siyasi dövlət deyil. Müstəqil siyasi dövlət olmadığına görə də qərarlarını alarkən, ağalarının və ona əmr verən tərəflərin düşüncələrinə fikir verir. Təbii ki, bu baxımdan da Ermənistanın müstəqil dövlət olmadığını, başqa dövlətlərin oyuncağı olduğunu nəzərə aldıqda Ermənistanın COP-la bağlı qərar verməkdə də birinci öz havadarlarından məsləhətlər alacağını düşünürəm”.
Bunu AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
Siyasi şərhçi bildirib ki, Ermənistan dünyanı aldatmaq üçün bu tədbirdə gəlib iştirak edə bilər.
“Necə ki, guya COP29-a Azərbaycanın ev sahibliyi etməyini onları dəstəkləmişdi. Ancaq sonra nə oldu? Sonra gördük ki, bu gün COP əleyhinə beynəlxalq kampaniyanın əsas simaları Ermənistan hakimiyyətində təmsil olunanlardır. O baxımdan da hesab edirəm ki, bu gün COP əleyhinə İranın apardığı kampaniyalar, erməni lobbisinin apardığı kampaniyalar artıq özünün əks nəticəsinidə verir. Çünki bunun Azərbaycanda keçiriləcək COP29 tədbirinin mötəbərliyinə və maraq göstərən dövlətlərin sayına heç bir neqativ təsiri yoxdur”.
Rəfiqə NAMAZƏLİYEVA