İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 205-i ötüb

1 Noyabr 2024 22:04 (UTC+04:00)

İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 205-i ötüb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ispan xilasediciləri daşqın nəticəsində kəsilmiş ərazilərə çatmağa cəhd etməkdə davam edir. Ölənlərin sayının çox olması səbəbindən təcili yardım xidmətləri konqres mərkəzlərindən birində müvəqqəti morq açmağa məcbur olub.

Ölən və itkin düşənlərin axtarışları davam edir. Bundan əlavə, xilasetmə əməliyyatına İspaniya Silahlı Qüvvələrinin əsgərləri də cəlb olunub.

Yerli hakimiyyət ölənlərin sayının artacağını bildirir.

Mövsüm

Aznews.az