Vyetnamda “Trami” qasırğası nəticəsində 12 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə "VnExpress" portalı məlumat yayıb.
“Quang Binh əyalətində 12 ölü və 7 yaralı qeydə alınıb. Materialda deyilir ki, “Trami” tayfunu səbəbindən beş gəmi batıb və 34 mindən çox evi su basıb.
Bildirilir ki, dörd gün ərzində daşqınlar və yağışlar 9,3 minə yaxın evdən ailələrin təxliyəsinə səbəb olub. Ən böyük ziyan 20 minə yaxın evin zədələndiyi Le Thuy bölgəsinə dəyib.
Mövsüm
Aznews.az